Marko Rubio bildirir ki, Səudiyyə Ərəbistanında ukraynalılarla danışıqlarda ərazi güzəştlərinə də toxunulub

18:49, 12.03.2025

ABŞ dövlət katibi Marko Rubionun bildirdiyinə görə, Səudiyyə Ərəbistanında ukraynalılarla danışıqlarda ərazi güzəştlərinə də toxunulub. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

ABŞ dövlət katibi konkret olaraq hansı ərazi güzəştlərinin müzakirə edildiyini demeyib.

Rubionun dediyinə görə, ABŞ-ın Ukrayna ilə imzalamağa ümid etdiyi kritik minerallar haqqında sazişi hər iki tərəf üçün faydalı olacaq. Bununla yanaşı, ABŞ dövlət katibi mineral sazişini təhlükəsizlik təminatı olaraq hesab etmir.

Oxşar