Marko Rubio bildirir ki, Qrenlandiya məsələsi ilə bağlı ABŞ Danimarka və Qrenlandiya ilə texniki səviyyədə görüşlər keçirəcək
Marko Rubio bildirir ki, Qrenlandiya məsələsi ilə bağlı ABŞ Danimarka və Qrenlandiya ilə texniki səviyyədə görüşlər keçirəcək

ABŞ Qrenlandiya məsələsi ilə bağlı Danimarka və Qrenlandiya ilə texniki səviyyədə görüşlər keçirəcək. Bu barədə ABŞ Dövlət Katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib.

Onun dediyinə görə, Vaşinqton artıq bu məsələ ilə bağlı hər kəs üçün “yaxşı nəticələr” gətirəcək bir proses hazırlayıb.

“Düşünürəm ki, müsbət bir şeyə nail olacağıq. Bu prosesə bu gün çox peşəkar şəkildə başlayacağıq və bu, müntəzəm olacaq. Biz çalışacağıq ki, bunu elə təşkil edək ki, hər dəfə belə danışıqlar aparılanda media şousuna çevrilməsin, çünki bunun hər iki tərəfə müsbət nəticə əldə etmək üçün daha çox imkan verəcəyini düşünürük. Buna nail olacağımızı düşünürəm. Davosdakı çıxışı zamanı Prezident Tramp ABŞ-ın Qrenlandiyada güc və ya hərbi güc tətbiq etməyəcəyini açıq şəkildə bildirib. Görüləsi bəzi işlərimiz var, amma düşünürəm ki, yaxşı vəziyyətdəyik və düşünürəm ki, tezliklə avropalı həmkarlarımızdan da eyni sözləri eşidəcəyik”, – ABŞ dövlət katibi bildirib.