Marko Rubio – Avropa Komissiyasının 140 milyon dollarlıq cəriməsi təkcə X sosial şəbəkəsinə hücum deyil, bu, bütün Amerika texnologiya platformalarına və Amerika xalqına hücumdur
ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının X sosial şəbəkəsinə qarşı cəriməsini Amerika xalqına qarşı hücum adlandırır.
“Avropa Komissiyasının 140 milyon dollarlıq cəriməsi təkcə X-ə hücum deyil, bu, bütün Amerika texnologiya platformalarına və Amerika xalqına xarici ölkələrin hücumudur. Amerikalıların onlayn senzuraya məruz qaldığı günlər geridə qaldı”, – sosial şəbəkədə dərc olunan Marko Rubionun bəyanatında qeyd olunur.
Avropa Komissiyası “X” sosial platformasını Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə 120 milyon avro məbləğində cərimələdi.