Marko Rubio - Atəşkəs razılaşması çərçivəsində Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin “rahat olduğu” hesab ediyi ölkələrdən formalaşacaq
Atəşkəs razılaşması çərçivəsində Qəzzada yerləşdirilmiş beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin “rahat olduğu” hesab ediyi ölkələrdən formalaşacaq, – bu barədə ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib.
Rubio qeyd edib ki, Qəzza sektorunun idarəçiliyinin gələcəyi İsrail və tərəfdaş ölkələr arasında müzakirə olunmalıdır, lakin “HƏMAS” bu prosesdə iştirak edə bilməz.
Rubio Fələstin hakimiyyətinin potensial rolunun hələ müəyyən edilmədiyini bildirib.
“İş hələ də davam edir. Bir çox ölkəyə bunu etməsi təklif olunur. Biz girovları unutmayacağıq, hər gün mübarizə aparırıq və bütün girovların cəsədləri geri qaytarılana qədər mübarizəni davam etdirəcəyik.İndi sizinlə danışarkən belə iş davam edir. Bu planı imzalayan hər kəs razılaşdı ki, “HƏMAS” Qəzzanın gələcəyini idarə edə bilməz və bu prosesdə iştirak edə bilməz. Hər kəs buna razılıq verdi”, – Marko Rubio qeyd edib.
ABŞ dövlət katibi həmçinin bildirib ki, İordan çayının qərb sahilinin İsrail tərəfindən ilhaqı baş tutmayacaq.