Marko Rubio “Almaniya üçün Alternativ” partiyasının ekstremist təşkilat kimi elan edilməsini maskalanmış tiraniya adlandırıb – bu, demokratiya deyil, Almaniya kursunu dəyişməlidir
ABŞ dövlət katibi Marko Rubio Almaniyanı “Almaniya üçün Alternativ” partiyasını ekstremist təşkilat kimi elan etdiyinə görə sərt tənqid edir. Bu barədə Rubio “X” mikrobloqunda yazıb.
“Almaniya indicə öz kəşfiyyat idarəsinə müxalifəti qizli izləmək üçün yeni səlahiyyətlər verib. Bu, demokratiya deyil, maskalanmış tiraniyadır. Əslində son seçkilərdə ikinci yeri tutmuş AfD (“Almaniya üçün Alternativ”) deyil ekstremist olan, AfD-nin qarşı çıxdığı establişmentin ölümcül açıq sərhəd immiqrasiya siyasətidir. Almaniya kursunu dəyişməlidir”, – Marko Rubio bildirib.
Almaniyada “Almaniya üçün Alternativ” partiyası sağçı ekstremist təşkilat kimi elan edilib. Müvafiq qərarı bir neçə ay ərzində partiyanın fəaliyyətini öyrənən Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi qəbul edib.