Marko Rubio – ABŞ və Rusiya arasında Alyaska ilə bağlı heç bir razılaşma olmayıb
ABŞ və Rusiya arasında Alyaska ilə bağlı heç bir razılaşma olmayıb, Alyaska ilə bağlı təklif verilib, amma bu, heç vaxt razılaşmaya çevrilməyib, – bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, əgər razılaşma olsaydı, müharibə artıq bitmiş olardı.
“Rusiya digər irəli sürdüyü məsələlərlə yanaşı, Donbasın bütün ərazisinin də ona verilməsini istəyir, lakin heç vaxt razılıq əldə olunmayıb. Əgər razılıq olsaydı, müharibə artıq bitmiş olardı”, – deyə Marko Rubio bildirib.
Rubionun qeyd etdiyi kimi, Birləşmiş Ştatlar Ukraynada müharibənin başa çatması prosesində konstruktiv rol oynamağa hələ də hazırdır.
Məlumat üçün bildirək ki, 24 iyun tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya 2025-ci ilin avqust ayında Alyaskada Vladimir Putin və Donald Tramp arasında əldə edilən razılaşmalara və anlaşmalara sadiq qalır.
“Biz bu razılaşmalara sadiqliyimizi qoruyub saxlayırıq. Onların müəllifi, əslində, Amerika tərəfi idi, Prezident Putin isə bizə təklif olunan bəndləri dərindən öyrəndikdən sonra yalnız onlara razılıq verdi”, – deyə Lavrov bildirib.