Marko Rubio – ABŞ Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatmasına sadiqdir, ümid edirik ki, davamlı sülh ölkələrimiz arasında daha konstruktiv münasibətlərə yol açacaq
ABŞ Dövlət Katibi Marko Rubio Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edir.
Rubionun qeyd etdiyi kimi, ABŞ Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitməsinə sadiqdir.
“Amerika Birləşmiş Ştatları adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatları Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitməsinə sadiqdir. Bu davamlı sülhün Rusiya xalqı üçün daha firavan gələcəyə və ölkələrimiz arasında daha konstruktiv münasibətlərə yol açacağına ümid edirik”, – deyə Marko Rubio qeyd edir.