Marko Rubio – ABŞ İstanbul merinin həbsindən sonra Türkiyədə davam edən hadisələrdən narahatdır, bizim hər hansı bir ölkənin idarəçiliyində belə qeyri-sabitlik görmək xoşumuza gəlmir

10:34, 28.03.2025

ABŞ İstanbul merinin həbsindən sonra Türkiyədə davam edən hadisələrdən narahatdır, – bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla bağlı vəziyyətə görə narahatlığını ifadə edib.

“Biz hadisələri izləyirik, narahatlığımızı ifadə etmişik, hər hansı bir ölkənin, xüsusən də yaxın müttəfiq olan ölkənin idarə olunmasında bu cür qeyri-sabitliyi görmək xoşumuza gəlmir”, – deyə Marko Rubio jurnalistlərə bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfəri zamanı Dövlət Departamentində Marko Rubio ilə görüşüb.

Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, görüş təhlükəsizlik və ticarət məsələlərini müzakirə etmək üçün keçirilib.

Oxşar