ABŞ Dövlət Katibi Marko Rubio ABŞ-ın cəsur İran xalqını dəstəklədiyini bildirir.
“Birləşmiş Ştatlar cəsur İranın cəsur xalqını dəstəkləyir”, – Rubio sosial şəbəkədə yazır.
Amerikada yerləşən İnsan Haqları Müdafiəçiləri Aktivistlərinin İnformasiya Agentliyinin (HRANA) məlumatına görə, İranda davam edən etiraz aksiyaları zamanı həlak olanların sayı 65-ə gədər yüksəlib.
Onların məlumatına görə, aksiya zamanı 2311 nəfər həbs edilib.
ABŞ-da fəaliyyət göstərən İnsan Haqları Müdafiə Mərkəzinin göstəricilərinə görə, etiraz aksiyaları İranın 31 vilayətinin 111 şəhərini və qəsəbəsini əhatə edib.
İranda etirazlar dekabrın 28-də başlayıb. Əvvəlcə dükan satıcıları İran pul vahidinin dəyər itirməsindən narazılıqlarını ifadə etmək üçün Tehran küçələrinə çıxıblar. Daha sonra tələbələr də onlara qoşulub.