Marko Rubio - ABŞ-ın İranda əməliyyatı aylar deyil, həftələr ərzində davam edəcək
Marko Rubio - ABŞ-ın İranda əməliyyatı aylar deyil, həftələr ərzində davam edəcək

ABŞ-ın İranda əməliyyatı aylar deyil, həftələr ərzində davam edəcək, – bu barədə ABŞ dövlət katibi Marko Rubio Böyük Yeddiliyin xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

ABŞ-ın İranı neytrallaşdırmaq cəhdləri çərçivəsində Yaxın Şərqə qoşun yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı suala Rubio hərbi taktika barədə danışmayacağını bildirib.

ABŞ-ın xarici işlər naziri qeyd edib ki, ABŞ İranda hədəflərinə “quru qoşunlar olmadan” çata bilər.

Marko Rubionun bildirdiyinə görə, İranın ABŞ sülh planına cavabı “istənilən an baş verə bilər”.

Rubionun sözlərinə görə, İran Hörmüz boğazında vergi sistemi tətbiq etmək qərarına gələ bilər. ABŞ Dövlət Katibi bunu “qəbuledilməz” adlandırır və bütün dünyanın “narahat” olduğunu deyir, lakin əlavə edir ki, əsas gəmiçilik marşrutunda mümkün vergi sistemindən ən çox təsirlənən ölkələr “tədbir görməlidirlər”.