Marko Rubio - ABŞ-da siyasi fiqurun qətlini qeyd edən insanlara viza verməməliyik, əgər onlar buradadırsa, onların vizalarını ləğv etməliyik
ABŞ dövlət katibi Marko Rubio bildirir ki, Çarli Kirkin qətlini qeyd edən şəxslərə viza verilməyəcək və onların vizaları ləğv ediləcək. Bu barədə Rubio Fox News efirində bildirib.
“ABŞ-a gəlib qətli qeyd etmək, edam cəzası, siyasi fiqurə sui-qəsd kimi əməllər törədən insanlara viza verməməliyik. Əgər onlar artıq buradadırsa, biz onların vizalarını ləğv etməliyik. Mənfi və dağıdıcı davranışlarla məşğul olacaq insanları niyə ölkəmizə gətirmək istəməliyik?”, – Rubio bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti bundan əvvəl viza müraciətçilərini və viza sahiblərini xəbərdar etmişdi ki, əgər onlar Çarli Kirkin qətlini tərifləsələr, haqq qazandırsalar və ya məsxərəyə qoysalar, onlara viza verilməsindən imtina oluna və ya deportasiya oluna bilərlər.