Marko Rubio 2-3 mart tarixlərində İsrailə səfər edəcək
Marko Rubio 2-3 mart tarixlərində İsrailə səfər edəcək

ABŞ Dövlət Katibi Marko Rubio 2-3 mart tarixlərində İsrailə səfər edəcək. ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib.

Bəyanatda həmçinin qeyd olunur ki, səfər zamanı Rubio İsrailin yüksək vəzifəli rəsmi şəxsləri ilə regional məsələlərin geniş spektrini müzakirə edəcək.

“Bunlar arasında İran, Livan məsələləri və Prezident Trampın Qəzza zolağı üçün 20 bəndlik sülh planını həyata keçirmək səyləri var”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.