Mark Rutte - Yaxın Şərqdə vəziyyət sürətlə inkişaf edir, NATO müttəfiqləri gərginliyin azaldılması üçün çalışmalıdırlar
Mark Rutte - Yaxın Şərqdə vəziyyət sürətlə inkişaf edir, NATO müttəfiqləri gərginliyin azaldılması üçün çalışmalıdırlar

NATO müttəfiqləri gərginliyin azaldılması üçün çalışmalıdırlar, – bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun dediyinə görə, vəziyyətin onsuz da gərgin olduğu bölgədə eskalasiyaya ehtiyac yoxdur.

“Aydındır ki, bu, sürətlə inkişaf edən bir vəziyyətdir. Bu, İsrail tərəfindən birtərəfli hərəkət idi. Ona görə də düşünürəm ki, bir çox müttəfiqin, o cümlədən Birləşmiş Ştatların, gərginliyin azaldılması istiqamətində çalışması vacibdir. Mən bilirəm ki, onlar bunu edirlər. Düşünürəm ki, bu, indi əsas məsələdir”, – Mark Rutte bildirib.

Məlumat üçün bildirək ki, İsrail səhər saatlarında İrana hücum edib.