Mark Rutte və Keyt Kelloq görüş zamanı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər
NATO-nun baş katibi Mark Rutte Donald Trampın Ukrayna və Rusiya məslələrində xüsusi nümayəndəsi general Keyt Kelloqla görüşüb. Tərəflər Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Brüsseldə keçirilən görüşdə Mark Rutte “Ukraynanın sabit gələcəyini təmin etmək üçün münaqişənin ədalətli və uzunmüddətli həllinin vacibliyini vurğuladı”, – danışıqların yekunlaşmasından sonra yayılan bəyanatda qeyd olunub.
Bəyanata görə, NATO-nun baş katibi həmçinin “ABŞ administrasiyası ilə davam edən intensiv məsləhətləşmələrin vacibliyini vurğulayıb”.
Bununla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, Keyt Kelloq fevralın 20-də Ukraynaya səfər edəcək.