Mark Rutte - Müdafiə sənayesinin gücləndirilməsi vacibdir, banklarınıza və pensiya fondlarınıza deyin ki, onlar müdafiə sahəsinə investisiya edə bilərlər
Mark Rutte - Müdafiə sənayesinin gücləndirilməsi vacibdir, banklarınıza və pensiya fondlarınıza deyin ki, onlar müdafiə sahəsinə investisiya edə bilərlər

NATO-nun baş katibi Mark Rutte əmindir ki, Donald Tramp ABŞ-ı alyansdan çıxarmayacaq. Rutte bu barədə Almaniya nəşrinə verdiyi müsahibədə bildirib.

“ABŞ-ın NATO-dan çıxma ehtimalını görmürəm”, – NATO-nun baş katibi bildirib.

Rutte həmçinin qeyd edib ki, alyansın daha güclü Avropaya ehtiyacı var.

Ruttenin bildirdiyinə görə, müdafiə sənayesinə investisiya qoymaqda heç bir problem yoxdur.

“Prezident Tramp açıq şəkildə NATO-nun bəzi üzvlərindən məyusdur və mən onun bu məyusluğunu başa düşürəm. Müdafiə sənayesinin gücləndirilməsi vacibdir. Bu, bizim çəkindirici gücümüzü və müdafiəmizi qoruyub saxlamaq üçün həlledicidir. Banklarınıza və pensiya fondlarınıza deyin ki, onlar müdafiə sahəsinə investisiya edə bilərlər. Müdafiə sənayesi təhlükəsiz yaşamağımızı təmin etməkdə əsas rol oynayır”, – Mark Rutte bildirib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-ı NATO-dan çıxarmağı ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. O, alyans üzvlərini “kağız pələnglər” adlandırıb.