Mark Rutte - Donald Trampla Qrenlandiya ilə bağlı danışıqlar Rusiya və Çin amilinin qarşısının alınmasına yönələcək
Mark Rutte - Donald Trampla Qrenlandiya ilə bağlı danışıqlar Rusiya və Çin amilinin qarşısının alınmasına yönələcək

Donald Trampla Qrenlandiya ilə bağlı danışıqlar Rusiya və Çinin qarşısının alınmasına yönələcək, – bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

Mark Ruttenin dediyinə görə, Davosda ABŞ prezidenti ilə görüşündə transatlantik alyansın Arktikanı Rusiya və Çindən ən yaxşı şəkildə necə qoruya biləcəyi müzakirə olunub.

“Qrenlandiya ilə əlaqədar, Çin və Rusiyanın Qrenlandiyanın iqtisadiyyatına çıxış əldə etməməsini və ya Qrenlandiyanı hərbi yolla idarə etməməsini təmin etmək vacibdir”, – Rutte bildirib.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp Davosda, Dünya İqtisadi Forumunda çıxış zamanı bildirib ki, Qrenlandiyaya qarşı həddindən artıq güc tətbiq etməyəcək.