Mark Rutte Donald Trampın Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə etməyəcəyini təsdiq edir

20:20, 14.03.2025

NATO-nun baş katibi Mark Rutte təsdiqləyib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə etməyəcəyini təsdiq edib. Rutte bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.

Jurnalistin Trampın həqiqətən də Ukraynanın NATO-ya üzvlük məsələsini danışıqlar masasından çıxarıb-çıxarmayacağı ilə bağlı sualına Rutte müsbət cavab verib.

Həmçinin, müharibənin bitəcəyi təqdirdə, ölkələrin Rusiya ilə münasibət qurmaq istəyib-istəməyəcəkləri sualına Rutte belə cavab verib:

“Hələ, müharibəni bitirmək üçün Rusiyaya təzyiq artırılmalıdır, lakin uzunmüddətli perspektivdə Rusiya oradadır, yəni Rusiya yox olmayacaq. 2014-cü ilə gədər onlarla çoxlu danışıqlarım olub və baş nazir olduğum müddətdə Putinlə çoxlu danışıqlarım olub. Düşünürəm ki, müharibə başa çatsaydı və Avropa birtəhər addım-addım, Amerika isə addım-addım Rusiya ilə normal münasibətləri bərpa edərdi, bu normal olardı, amma biz hələ orada deyilik. Biz onlara təzyiq göstərməliyik ki, onlar Amerika və təbii ki, Ukrayna administrasiyası ilə ciddi danışıqlara hazır olsunlar”, – Rutte bildirib.

Oxşar