Mark Rutte - Donald Trampın hazırkı kursuna baxmayaraq, Avropa İttifaqı müdafiə məsələlərində ABŞ ilə əməkdaşlıqdan tamamilə imtina etməməlidir
Donald Trampın hazırkı kursuna baxmayaraq, Avropa İttifaqı müdafiə məsələlərində ABŞ ilə əməkdaşlıqdan tamamilə imtina etməməlidir, – bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun söylədiyinə görə, ABŞ-da Avropanın öz üzərinə daha çox məsuliyyət götürəcəyi və müdafiəyə daha çox vəsait xərcləyəcəyi gözlənilir.
Ruttenin qeyd etdiyi kimi, sonda söhbət bunu Amerika Birləşmiş Ştatlarla birlikdə etməkdən gedir.
Rutte həmçinin Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veberin Avropanın artıq ABŞ-a şərtsiz şəkildə güvənə bilməyəcəyi səbəbilə “Avropa NATO-su”nun yaradılmalı olması ilə bağlı təşəbbüsünü də şərh edib.
“NATO-nun baş katibi Almaniya qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Veberə hörmət etməsinə baxmayaraq, bu məsələ ilə bağlı fərqli mövqeyi var.
“Mən tamamilə əminəm ki, ABŞ NATO-nu tam dəstəkləyir. Buna heç bir şübhəm yoxdur. Söhbət Avropa və NATO-dan gedəndə, bu, Avropa İttifaqından daha geniş anlayışdır”, – deyə Rutte bəyan edib və Böyük Britaniya, Norveç, Kanada kimi ölkələrə işarə edib.