Mark Karni – Ukraynanın müttəfiqləri Rusiyaya qarşı sanksiyaların növbəti dalğasına hazırlaşır
Mark Karni – Ukraynanın müttəfiqləri Rusiyaya qarşı sanksiyaların növbəti dalğasına hazırlaşır

Ukraynanın müttəfiqləri Rusiyaya qarşı sanksiyaların növbəti dalğasına hazırlaşır, – bu barədə Kanadanın baş naziri Mark Karni bildirib.

Karninin qeyd etdiyi kimi, yeni sanksiyalar dalğası Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə müharibəni dayandırmaq üçün təzyiq kampaniyasının bir hissəsidir.

“Ukraynanın dəstəyə ehtiyacı var, onun güclü və etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Məhz buna görə də Kanada “istəklilər koalisiyası”ndadır. Cənab Putin bu müharibənin səbəbkarıdır. O qətllərin səbəbkarıdır, o sülh şərtlərini diktə edə bilməz”, – Karni bildirib.