Mark Karni Kanadanın yeni baş naziri olub
Kanadanın yeni baş naziri var. Mark Karni and içdi, yəni o, rəsmi olaraq vəzifəsində Castin Trüdonu əvəz etdi.
Karni ənənəvi olaraq ingilis və fransız dillərində and içdi. O, and içərkən Kral III Çarlza, həmçinin, onun varislərinə və nəsillərnə sadiqliyini elan etdi.
Mark Karni baş nazir vəzifəsində ilk rəsmi səfərini Böyük Britaniya və Fransaya edəcək.
Xatırladaq ki, Mərkəzi Bankın sabiq rəhbəri Mark Karni martın 9-da Kanadanın hakim “Liberal Partiyası”nın sədri olaraq seçilib. O, “Liberal Partiyası”nın liderliyi uğrunda mübarizədə üç rəqibini məğlub edərək 85,9 faiz səs toplayıb. Səsvermə prosesində 152 minə gədər partiya üzvü iştirak edirdi.
Castin Trudo yanvar ayında istefa qərarını verib. Məlum olduğu kimi, buna səbəb “Liberal Partiyası”nın son onilliklər ərzində ən aşağı reytinqi olub. Trüdo 2015-ci ildə baş nazir vəzifəsinə gəlib.