Mariya Zaxarova - Tatunaşvilinin işi Rusiya və Gürcüstan əlaqələrinin normallaşdırlmasına mane ola bilmədi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Mariya Zaxarovanın dediyinə görə, Arçil Tatunaşvilinin işi Rusiya və Gürcüstan əlaqələrinin normallaşdırlmasına mane ola bilmədi. Bu barədə Zaxarova “Dojd” telekanalı ilə söhbətində bəyan etdi.
“Rusiya ilə əlaqələrin normallaşdırılması Gürcüstanda bir çoxunun xoşuna gəlmir, özəlliklə də Grücüstanın xaricində. Heçkim təəcüblənmir ki, Rusiya-Gürcüstan əlaqələrinin sağlamlağdırılmasına qarşı çıxanlar, Tatunaşvilinin işindən istifadə edirlər. Lakin bu spekulasiyalara baxmayaraq, iki ölkənin əlaqələrinin yaxşılaşmasının geri çəkilməsi baş vermədi”, – Zaxarova bəyan etdi.
Rusiya ilə əlaqələrin normallaşdırılması nümunəsi kimi o, ticari əalqələrin bərpasını, naqliyyat vasitəsinin bərpasını və Gürcüstan vətəndaşları üçün viza məhdudiyyətinin aradan qaldırılmasını göstərdi.