Mariya Zaxarova – Ermənistan Rusiya ilə siyasi dialoqu azaltmağa başlayıb, bunun sonu pis nəticələnə bilər
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ
Ermənistan Rusiya Federasiyası ilə siyasi dialoqu azaltmağa başlayıb, bunun sonu pis nəticələnə bilər, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin söylədiyinə görə, Yerevan Moskva ilə qurumlararası əməkdaşlığı azaldıb və paralel olaraq Ermənistandakı müəyyən siyasi qüvvələr tərəfindən məqsədyönlü dezinformasiyalar yayılır, guya “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” Ermənistanı qorumayıb.
“Bütün bunlar həqiqətə əsaslanmır, çünki biz dəfələrlə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” və Rusiyanın səyi barədə ətraflı danışmışıq, Ermənistan hakimiyyətinin qəbul etdiyi qərarlarla bağlı öz qiymətləndirmələrimizi bölüşmüşük. Hesab edirik ki, Yerevandan vaxtaşırı səslənən şikayətlər absurddur və faktlara əsaslanmır. Onlar davamlı olaraq “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nda iştiraklarını dondurmaqdan danışırlar, ama bunun əksinə, sürətlə Qərblə yaxınlaşmağa başladılar. Burada bəzi manipulyasiya var. İqtisadi göstəricilər bir şeyi göstərir: xalqın, şirkətlərin və biznesin yaxınlaşdırmaq, əlaqələri gücləndirmək marağı var, amma siyasi struktur nədənsə bunun əksini hərəkət edir. Bunun sonu pis nəticələnə bilər”, – deyə Mariya Zaxarova bildirib.