Mariupol merinin müşaviri sakinlərin şəhərdən təxliyyəsi prosesinin başladığını bildirir

13:14, 02.05.2022

 

Mariupoldan dinc sakinlərin təxliyyəsinə başlanılıb. Bu barədə Mariupol merinin müşaviri Petro Andriuşenko mətbuata danışıb.

“Bizdə olan məlumata görə, avtobuslar Mariupoldan çıxıb. Əvvəlcədən razılaşmaya əsasən, avtobuslar Manquş kəndi və Berdyanskda  sakinləri götürəcək. İnsanların konvoya öz avtomobilləri ilə qoşulmasına icazə verilir. Ümid edirik ki, Mariupoldan Zaporojyeyə gedən yolda qalan minlərlə Mariupol sakini bu gecə və ya sabah səhər saatlarında Zaporojyeyə çatacaq” – deyə Andriuşenko bildirib.

Eyni zamanda, Andriuşenko Rusiya hərbçilərinin gecə saatlarında “Azovstal” zavodunu yenidən bombaladığını təsdiqləyib. O, səhər saatlarında partlayışın dayandığını deyib və bunu məhz təxliyə ilə əlaqələndirib.

Mariupoldan dinc əhalinin təxliyyəsi dünən başlayıb. Mətbuatın məlumatına görə, dünən “Azovstal” zavodunun ərazisindən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla yüzdən çox insan təxliyyə edilib.

Oxşar