“MarineTraffic” naviqasiya platformasının məlumatına görə, səhər saatlarında bir neçə gəmi Hörmüz boğazından hər iki istiqamətdə keçib
“MarineTraffic” naviqasiya platformasının məlumatına görə, səhər saatlarında bir neçə gəmi Hörmüz boğazından hər iki istiqamətdə keçib. Bu barədə ”Sky News” məlumat yayır.
Onların məlumatına görə, Hindistan bayrağı altında üzən dörd kiçik gəmi Oman sularından maneəsiz keçib.
Bununla yanaşı, Honq-Konq bayrağı altında üzən maye qaz tankeri “TRIMMU 3”ün də boğazın şimal hissəsindən keçdiyi məlum olur.
Məlumat üçün bildirək ki, İsrail və Livan arasında atəşkəs razılaşması 17 apreldə qüvvəyə minib və on gün ərzində davam edəcək. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail-Livan atəşkəsi dövründə Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıq olacaq.