Mariam Şenqelia bu gün Avroviziya Mahnı Müsabiqəsində 10-cu nömrə ilə çıxış edəcək
Mariam Şenqelia bu gün Avroviziya Mahnı Müsabiqəsində 10-cu nömrə ilə çıxış edəcək

Bu gün saat 23:00-da İsveçrənin Bazel şəhərində Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək və burada Gürcüstanı təmsil edən Mariam Şenqelia öz müsabiqə mahnısı “Freedom”u ifa edəcək.

İkinci yarımfinalda Gürcüstanla bərabər, Avstriya, Litva, Ermənistan, Monteneqro, Yunanıstan, İrlandiya, Avstraliya, Latviya, Çexiya, İsrail, Malta, Finlandiya, Danimarka, Lüksemburq və Serbiya da çıxış edəcək. Bu gün səhnədə həmçinin Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri də çıxış edəcəklər.

İkinci yarımfinalda iştirak edən ölkələr bütün iştirakçılar səhnədə çıxış etdikdən sonra səs verə biləcəklər. Qeyri-iştirakçı ölkələrdən səsverməni ESC.VOTE saytında həyata keçirə bilərsiniz. Müsabiqənin qaydalarına görə, siz öz ölkənizə səs verə bilməzsiniz.

Müsabiqə qaydalarına əsasən, yarımfinaldan finala keçəcək iştirakçıları yalnız tamaşaçılar müəyyən edir və münsiflər heyəti səsvermə prosesində iştirak etmir.

Avroviziyanın birbaşa translasiyasını Gürcüstanın Birinci Kanalı təqdim edir.