Mariam Laşxi BMT-nin Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında və Parlamentlərarası İttifaqının illik parlament iclasında iştirak edib
Martın 10-12-də Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Mariam Laşxi Nyu-Yorkda, BMT-nin qərargahında, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının (QQK) 69-cu sessiyasında və Parlamentlərarası İttifaqının (PAİ) illik parlament iclasında iştirak edib.
Parlamentlərarası İttifaqının iclasının əsas mövzusu “Parlamentlər və 30 il sonra Pekin Bəyannaməsi: Müqavimətin aradan qaldırılması və gender bərabərliyi üçün mövcud paradiqmalardan istifadə”si olub.
Deputat nümayəndələrə müraciət edib və Gürcüstanda qadınların səlahiyyətlərinin artırılmasının vacibliyindən, həmçinin Pekin Bəyannaməsinin fəaliyyət planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin gedişi və çağırışları barədə danışıb.
“Gürcüstan 1918-ci ildən, qadınları parlamentə seçən ilk ölkələrdən biri olduğumuz zamana təsadüf edən qadınların siyasi iştirakının görkəmli irsinə malikdir. Bu mütərəqqi ənənə milli kimliyimizin bir hissəsidir, həmçinin, biz onu qoruyub saxlamaqda çoxlu çətinliyimiz oldu. Gürcüstan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının həyata keçirilməsində, xüsusən təhsilə əlçatanlıq və qızların və qadınların STEAM sahələrində iştirakının artırılması baxımından əhəmiyyətli irəliləyiş əldə edib. Məqsədli təhsil proqramları və ictimai-özəl tərəfdaşlıq vasitəsilə biz texnologiyalar sektorlarında karyera seçən qadınların sayında təsirli artımını görürük”, – Mariam Laşxi bildirib.
Deputat öz çıxışında Parlamentlərarası İttifaqının (PAİ) üzvlərini qadın hüquqlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməyə çağırıb.
“Gəlin qadınların ictimai həyatın bütün sahələrində tam iştirakını təmin edən qanunvericilik yaratmaq və vətəndaşlarımızın layiq olduğu dinc və ədalətli cəmiyyətləri yaratmaq üçün qüvvələrimizi birləşdirək”, – deyə Mariam Laşxi bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.