Mariam Kvrivişvili - Tezliklə bütün region, Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək
Mariam Kvrivişvili - Tezliklə bütün region, Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək

Çox yaxında Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər, – bu barədə İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili Gürcüstanın Birinci Kanalında, “cari mövzu – Maka Tsintsadze ilə” verilişində bildirib.

Onun dediyinə görə, layihə həm Gürcüstan, həm də region üçün çox mühüm rol oynayacaq.

“Biz düşünürük ki, tezliklə bütün region, Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək, bu layihə həm ölkəmiz, həm də region üçün çox mühüm rol oynayacaq. Çox yaxında layihənin təntənəli açılışını qeyd edəcəyik”, – Mariam Kvrivişvili bildirib.