Mariam Kvrivişvili - Nazirliyimiz bütün investorların ən sadiq dəstəkçisi olacaq
Nazirliyimiz istər kiçik, istər orta, istərsə də böyük investisiyalar olsun, bütün investorların ən sadiq dəstəkçisi olacaq”, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili Gürcüstan Biznes Assosiasiyasının təşkil etdiyi, dövlət və biznes sektoru nümayəndələrinin iştirak etdiyi konfransda bildirib.
“Gürcüstan iqtisadiyyatına ümumi baxış: makroiqtisadi və sektoral perspektivlər” adlı konfransı Baş nazir İrakli Kobaxidze açıb.
“Konfrans çərçivəsində keçirilən panel müzakirəsində iqtisadiyyat naziri dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyətindən ətraflı bəhs edib, bu istiqamətdə hökumətin – biznesin maksimum dəstəklənməsi, o cümlədən bürokratik prosedurların sadələşdirilməsi və azaldılması üzrə səylərini vurğulayıb.
“Özəl sektorun müxtəlif nazirliklərlə koordinasiyasını təkmilləşdirmək üçün yeni format, “bir pəncərə prinsipi” yaradırıq.İqtisadiyyat Nazirliyi sizin tez və konkret müddətlərdə geribildirim almanız və bu baxımdan hər hansı bir gecikmə ilə üzləşməməyiniz üçün dəstəkçiniz olacaq”, – Mariam Kvrivişvili qeyd edib.