Mariam Kvrivişvili – Kiçik aviasiya müəyyən bölgələrin iqtisadi artımına əhəmiyyətli töhfə verə bilər, Kaçretidəki “Ambassador Aviasiya Kəndi“ bunun yaxşı bir nümunəsidir

19:46, 05.09.2026

Bizim üçün şəxsi uçuşları, aviasiya idmanını, aviaturizmi və peşəkar hazırlığı özündə birləşdirən kiçik aviasiya da mühüm əhəmiyyət kəsb edir. Gürcüstan bu istiqamətdə çox böyük potensiala malikdir, – bu barədə İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili Kaçretidə “Ambassador Aviasiya Kəndi“nin açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kiçik aviasiya müəyyən bölgələrin iqtisadi artımına xüsusi töhfə verə bilər.

“Daxili aviasiya bizim üçün vacibdir və bunun üçün Gürcüstan hökuməti müvafiq infrastrukturun təşkili və daxili uçuşların subsidiyalaşdırılmasını davam etdirmək üçün mühüm addımlar atır ki, bu da regionlar arasında mobilliyin artmasına, hər bir vətəndaşımız üçün səyahəti asanlaşdırmasına və eyni zamanda turizm sənayesinin inkişafına töhfə verir. Bununla bərabər, biz artıq birbaşa Kaxetidə yeni daxili hava limanının tikintisi, eləcə də Mestiada yeni terminalın inşası ilə bağlı iki çox mühüm tender elan etmişik. Bu, ölkəmizin daxili aviasiyasının inkişafı, həmçinin turizm sektorunun tərəqqisi baxımından irəliyə doğru atılmış əhəmiyyətli bir addım olacaq. Dövlətin yaratdığı imkanlara özəl sektorun da öz təşəbbüsü və investisiyaları ilə cavab verdiyi bu gün burada, Kaçretidə baş verənlər həmin prosesin məntiqli davamıdır”, – İqtisadiyyat naziri bildirib.

Mariam Krivişvilinin sözlərinə görə, kiçik aviasiyanın inkişafı Gürcüstana səyahət edən, müxtəlif regionlarda qalan və yerli xidmətlərdən istifadə edən daha çox xarici şəxsi pilotun və aviasiya həvəskarının cəlb edilməsi baxımından da mühümdür. Nazirin bildirdiyinə görə, kiçik aviasiyanın inkişafı konkret regionların iqtisadi artımı baxımından böyük əhəmiyyət kəsb edir.

Kaçretidəki “Ambassador Aviasiya Kəndi“ sözügedən istiqamətin inkişafının yaxşı nümunəsidir. Burada vahid məkanda uçuş meydançası, avia-villalar və turizm-istirahət infrastrukturu birləşdirilib. Layihənin gələcək planları – aviasiya məktəbi və avia-klubun yaradılması da xüsusi əhəmiyyət kəsb edir. Bu, peşəkar bilik və bacarıqların inkişafına töhfə verəcək”, – Mariam Kvrivişvili bildirib.

İqtisadiyyat naziri layihənin müəlliflərinə və investorlarına, eləcə də layihənin həyata keçirilməsi prosesində iştirak edən qurumların nümayəndələrinə təşəkkür edib.

Onun sözlərinə görə, layihəyə qoyulan investisiyaların ümumi həcmi 15 milyon ABŞ dolları təşkil edir, layihənin dəstəklənməsində Gürcüstanın İqtisadi İnkişaf Korporasiyasının mühüm rolu olub. Layihə nəticəsində artıq 47 yeni iş yeri yaradılıb.

Oxşar