Mariam Kvrivişvili – Gürcüstanın dəniz sektorunun inkişafı ölkənin iqtisadi tərəqqisinə mühüm töhfə verəcək və Gürcüstanın Orta Dəhlizdəki rolunu daha da gücləndirəcəkdir
Bizim aydın baxışımız və iddialı planımız var ki, ona əsasən, 2032-ci ilə qədər ölkənin strateji infrastrukturuna təxminən 7 milyard ABŞ dolları həcmində investisiya yatırılacaq, – iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Batumidə Beynəlxalq Dənizçilər Gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bəyan edib.
Nazirin qeyd etdiyi kimi, bu planın flaqman layihəsi Anaklia dərin su limanıdır.
Bununla yanaşı, Mariam Kvirivişvili çıxışı zamanı ölkənin iqtisadi tərəqqisi prosesində Gürcüstanın dəniz sektorunun inkişafının vacibliyini, o cümlədən Orta Dəhliz marşrutundakı rolunun vacibliyini vurğulayıb.
“Biz inanırıq ki, Gürcüstanın dəniz sektorunun inkişafı ölkənin iqtisadi tərəqqisinə mühüm töhfə verəcək və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən vacib tranzit qovşağı kimi Orta Dəhlizdəki rolunu daha da gücləndirəcək”, – İqtisadiyyat naziri bildirib.
Mariam Kvrivişvili dənizçilik sektoru nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, göstərdikləri fəaliyyət və peşəkarlığa görə onlara təşəkkürünü bildirib.
“Sizin əməyiniz və məsuliyyətiniz Gürcüstanın beynəlxalq dənizçilik birliyindəki mövqelərini gücləndirir və ölkəmizin gələcək uğurları üçün möhkəm zəmin yaradır”, – İqtisadiyyat naziri bildirib.