Mariam Kvrivişvili Fransa səfiri Olivie Kurto ilə tanışlıq məqsədli görüşü keçirib
Mariam Kvrivişvili Fransa səfiri Olivie Kurto ilə tanışlıq məqsədli görüşü keçirib

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili Fransanın yeni təyin olunmuş səfiri Olivie Kurto ilə görüşüb və onunla birlikdə iki ölkə arasında iqtisadi tərəfdaşlıq məsələlərini müzakirə edib.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, görüşdə nazir səfiri diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona peşəkar fəaliyyətində uğurlar arzulayıb.

“Tanışlıq xarakterli görüşdə mövcud ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsinin və bu istiqamətdə səmərəli əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. İki ölkənin biznes dairələrinin bir-birinə yaxınlaşdırılmasının və investisiyaların təşviqinin əhəmiyyəti vurğulanıb. Fransız şirkətlərinin xüsusilə nəqliyyat infrastrukturu, turizm, mülki aviasiya və digər sahələr üzrə Gürcüstan bazarına çıxmaqda maraqlı olduqları qeyd edilib”, – İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd edilib.