Mariam Kvrivişvili - Bu mərhələdə özəl sektor tərəfindən dövlətin müəyyən etdiyi qiymət artımı amillərinin doğruluğu, qiymətlərin azaldılması imkanının mövcudluğu və qiymətlərin endirilməsinə hazır olduqları təsdiqlənib
Koordinasiya Komissiyasının işinin hazırkı mərhələsində özəl sektor tərəfindən üç əsas məsələ təsdiqlənib, – bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumətin koordinasiya komissiyasının formatında distribusiya şirkətlərinin nümayəndələri ilə görüşdən sonra bildirib.
Mariam Kvrivişvilinin söyədiyinə görə, görüşdə özəl sektorun istehlak mallarının qiymətlərini aşağı salmağın yolunu necə gördüyünə dair ilk əlçatan təşəbbüs səsləndirilib.
“İstehlak məhsullarının qiymətlərinin azaldılması üçün resursun mövcud olduğunu görürük. Koordinasiya Komissiyasının işinin hazırkı mərhələsində üç əsas məsələ müəyyən edilib – dövlət tərəfindən müəyyən edilmiş qiymət artımı amillərinin doğruluğu, qiymətlərin azaldılması imkanının mövcudluğu və biznesin özləri tərəfindən başladılan mexanizmlər vasitəsilə qiymətləri endirməyə hazır olduqları”, – deyə Mariam Kvrivişvili qeyd edib.
Nazirin izahatına görə, bu gün səsləndirilən təşəbbüslər Komissiya tərəfindən ətraflı öyrəniləcək və onların qiymətləri ölkənin hər bir vətəndaşının maraqlarına uyğun səviyyəyə və həddə endirmək üçün kifayət edib-etmədiyi müəyyən ediləcək.
“Əhalinin maraqlarını mümkün qədər qorumaq və eyni zamanda qiymətləri mümkün qədər azaltmaq üçün əlimizdən gələni etmək məqsədilə bizneslə əməkdaşlıq davam etdiriləcək”, – Mariam Kvrivişvili bildirib.
Gələn həftədən etibarən oxşar tipli görüşlər ərzaq məhsulları istehsalçıları ilə, həmçinin əczaçılıq və yanacağın qiymətləri ilə bağlı keçiriləcək.
İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayır.