Maria Zaxarova - Volodimir Zelenski nüvə silahı əldə edərsə, onun şantajının ilk qurbanı Qərbi Avropa olacaq
Volodimir Zelenski nüvə silahı əldə edərsə, onun şantajının ilk qurbanı Qərbi Avropa olacaq, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, əgər Ukrayna nüvə silahı əldə edərsə, Qərbi Avropaya öz şərtlərini diktə edəcək.
“Zelenski nüvə silahı əldə edərsə, Qərbi Avropa onun nüvə şantajının ilk qurbanı olacaq. O yalnız pul və silah tələb etməyəcək; o, öz rejiminin şərtlərini diktə edəcək”, – Zaxarova qeyd edib.
Bundan əvvəl Ukrayna mediası məlumat yaydı, məlumata əsasən Zelenski bildirib ki, Ukraynanın təhlükəsizlik zəmanətləri nüvə silahının təhvil verilməsini əhatə etməlidir.