Maria Zaxarova – “Şimal Axını” partlayışları ilə bağlı Varşavanın mövqeyi gələcəkdə bumeranq kimi Polşanın öz həyati maraqlarına və təhlükəsizliyinə geri dönə bilər

22:03, 21.08.2026
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ

MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ

“Şimal Axını” partlayışları ilə bağlı Varşavanın mövqeyi gələcəkdə bumeranq kimi Polşanın öz həyati maraqlarına və təhlükəsizliyinə geri dönə bilər, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

Onun sözlərinə görə, Polşanın baş naziri Donald Tuskun bəyanatı Polşa və Almaniya arasında mövcud olan ziddiyyətləri və rəqabəti aydın şəkildə nümayiş etdirdi.

Zaxarovanın qeyd etdiyi kimi, Tuskun sözlərində “beynəlxalq hüquq sisteminin qalan hissəsi üçün təhlükəli, dağıdıcı bir yük var” və onun izahına görə, bu sistem “kollektiv Qərbin” geosiyasi nihilizmi tərəfindən hələ tamamilə məhv edilməyib.

Məlumat üçün bildirək ki, Polşa Baş naziri Donald Tusk bildirib ki, Almaniya Baltik dənizində “Şimal Axını” qaz boru kəmərlərini partlatmaqda şübhəli bilinən Ukrayna vətəndaşlarını məhkəməyə verməməlidir.

“Şimal Axını”nın partladılmasında şübhəli bilinən Ukrayna vətəndaşı Vladimir Z. Almaniya tərəfindən verilmiş Avropa həbs qətimkan orderi əsasında Xorvatiyada saxlanılıb. Həmin işin digər fiqurantı, təşkilata rəhbərlik etməkdə və iki Rusiya qaz kəmərinin dörd borusundan üçünün partladılmasında iştirak etməkdə ittiham olunan Ukrayna vətəndaşı Serhi K.-ya isə Almaniyada artıq ittiham irəli sürülüb. O, 2025-ci ilin avqust ayında İtaliyada saxlanılıb, noyabrda isə Almaniyaya təhvil verilib.

Oxşar