Maria Zaxarova – NATO-ya üzv ölkələrin vətəndaşları bilməlidirlər ki, onların bloku Rusiya ilə qarşıdurmada tam iştirak edir və bu qarşıdurma getdikcə artır

17:15, 27.01.2023

 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova NATO-nun Rusiya ilə münaqişədə tam iştirak etdiyini və bu münaqişənin getdikcə artmaqda olduğunu bildirib. Bu barədə Zaxarova Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Ukraynaya Qərb silahlarının verilməsi məsələsi ilə bağlı danışarkən söyləyib.

“NATO-ya üzv ölkələrin vətəndaşları bilməlidirlər ki, onların bloku ölkəmizlə münaqişədə tam iştirak edir və bu münaqişə getdikcə artır” -deyə Zaxarova açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Şimali Atlantika Alyansının baş katibinə də müraciət edib.

“Siz, Avropa İttifaqı və NATO vətəndaşlarını həqiqətən mi ağılsız zənn edirsiniz? Doğrudanmı, siz insanların xidmət edəcəyi tanklar göndərməklə, Ukrayna və digər ölkələrin vətəndaşları üçün, o cümlədən Ukraynanın xaricdəki səfirliklərinin bazalarında rekrut məntəqələri yaratmaqla münaqişənin tərəfini təmsil etmədiyinizi düşünürsünüz?”-deyə Maria Zaxarova açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, Ukraynaya verilmiş Qərb zirehli maşınları hücum xarakterli döyüş əməliyyatları üçün nəzərdə tutulub və ABŞ Prezidentinin administrasiyası gizlətmir ki, yeni silahlar Kiyevə Ukrayna ərazilərini, o cümlədən Krımı azad etməyə kömək edəcək.

“Krım Rusiyanın ərazisidir. Bu belə olub və belə olacaq” – deyə Zaxarova bildirib.

O, uzun müddətdir ki, Ukraynanın müdafiəsi ilə bağlı söhbət getmədiyini, Kiyev və Qərbin Rusiyaya maksimum ziyan vurmaq üçün hər şeyə hazır olduğunu bildirib.

Oxşar