Maria Zaxarova – NATO Rusiyaya hücum etməyə qərar verərsə, Rusiya mövcud olan bütün vasitələrlə cavab verəcək
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ
“NATO Rusiyaya hücum etməyə qərar verərsə, Rusiya mövcud olan bütün vasitələrlə cavab verəcək”, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiyanın NATO ölkələrinə hücum etmək planı yoxdur, lakin təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər artıq görülür. Bu, alyansın Rusiya sərhədləri yaxınlığında öz kontingentini artırması fonunda baş verir.
“Əgər NATO strateqləri Rusiyaya hücum etmək kimi dəlisov ideyanı düşünürlərsə, onlar şübhə etməməlidirlər ki, biz bütün mövcud vasitələrlə cavab verəcəyik. Hadisələrin istənilən inkişafına hazırıq, eyni zamanda hər zaman sülh, dostluq və bərabər əməkdaşlıq prioriteti ilə hərəkət edirik”, – Zaxarova bildirib.