Maria Zaxarova – Bir müddət əvvəl NATO və Avropa İttifaqı terrorizmə qarşı sıfır tolerantlıq siyasəti elan etmişdilər, indi isə özləri beynəlxalq terror fəaliyyətinin tərkib hissəsinə çevriliblər
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Xazarova Qərb ölkələrini “terror fəaliyyətlərini” maliyyələşdirməkdə ittiham edir.
“Bir müddət əvvəl NATO və Avropa İttifaqı terrorizmə qarşı sıfır tolerantlıq siyasəti elan etmişdilər, indi isə özləri beynəlxalq terror fəaliyyətinin tərkib hissəsinə çevriliblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya mediasına söhbətində bildirib.
Məlumat üçün bildirək ki, Rusiya tərəfinin məlumatına görə, Qara dəniz sahilində, Gelencik yaxınlığında yerləşən kurorta pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirilib. Nəticədə, ən azı yeddi nəfər, o cümlədən üç uşaq həlak olub. Rusiya baş vermiş hadisədə Ukraynanı ittiham edir. Ukrayna tərəfi isə hələlik məsələ ilə bağlı şərh verməyib.