Maria Zaxarova - Ermənistan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən pozur
Maria Zaxarova - Ermənistan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən pozur

 
Ermənistan hakimiyyəti Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərini qəsdən pozur -bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova açıqlayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulu üzrə üçüncü beynəlxalq konfransda iştirakından danışan Zaxarova Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini və Ermənistan parlamentinin sədri Alen Simonyanın Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşünü bir daha yada salıb.

“Paşinyan özü Stefançukla Qranadada görüşüb. Yerevan bilməlidir ki, bu, ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flörtdür. Başqa açıqlaması yoxdur. Təəssüflər olsun ki, respublikanın hazırkı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahı üçün ən mühüm amil adlandırdıqları müttəfiqlik münasibətlərimizi qəsdən və israrla pozur”- Maria Zaxarova bildirib.