Maria Stenerqard - Gürcüstan əhalinin öz gələcəyini müstəqil şəkildə müəyyən edə bilməsini təmin etmək öhdəliyi götürüb, biz hökuməti bu öhdəliyi yerinə yetirməyə çağırırıq
Maria Stenerqard - Gürcüstan əhalinin öz gələcəyini müstəqil şəkildə müəyyən edə bilməsini təmin etmək öhdəliyi götürüb, biz hökuməti bu öhdəliyi yerinə yetirməyə çağırırıq

İsveçin xarici işlər naziri Maria Stenerqard, X sosial şəbəkəsində ATƏT-in sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenin paylaşımını paylaşıb.

Maria Stenerqard Elina Valtonenin Gürcüstanın gələcəyinin yalnız gürcü xalqının əlində olması barədə mövqeyini dəstəkləyir.

Həmkarım Elina Valtonendən əhəmiyyətli xatırlatma. Gürcüstan, ATƏT-in üzvü dövlət kimi, öhdəlik götürüb ki, vətəndaşlarının gələcəyini müstəqil şəkildə müəyyən edə bilməsini təmin etsin. Bunu isə azad və ədalətli seçkilər, açıq debatlar və azad mətbuat vasitəsilə həyata keçirməlidir. İsveç Gürcüstan hakimiyyətini bu öhdəliyi yerinə yetirməyə çağırır.