Mançesterdə avtomobil insanların üzərinə sürüldü, altı nəfər xəsarət aldı
Böyük Britaniyada, Mançester şəhərinin şimalında avtomobil insanların üzərinə sürüldü, nəticədə altı nəfər xəsarət aldı. Bu barədə məlumatı “The Independent” yayır.
Qeyd olunan məlumatı təcili tibbi yardım təsdiq edir. İnsident ticarət mərkəzi yaxınlığında baş verdi. 80 yaşlı sürücü yaxalanıb.
Polisin bəyanatına görə, baş verən torrorizmlə əlaqədar deyil.