Mamuka Xazaradze və Badri Caparidzeni saxlayıblar
“Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzeni məhkəmənin qərarı əsasında saxlayıblar.
Mamuka Xazaradze və Badri Japaridze Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməkdə ittiham edilərək, Tbilisi Şəhər Məhkəməsi tərəfindən bu gün səkkiz ay müddətinə azadlıqdan məhrum ediliblər, həmçinin, onlara iki il müddətinə vəzifə tutmaq qadağan edilib.