Mamuka Xazaradze cəzaçəkmə müəssisəsini tərk etdi
Mamuka Xazaradze cəzaçəkmə müəssisəsini tərk etdi

“Lelo-Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze Rustavi cəzaçəkmə müəssisəsini tərk etdi.

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili bu gün Mamuka Xazaradze və Badri Caparidzeni əfv etdi.

Məlumat üçün bildirək ki, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze iyunun 23-də məhkəmənin qərarı ilə həbs edilib. Tbilisi şəhər məhkəməsi onları Gürcüstan parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbini yerinə yetirmədiklərinə görə səkkiz ay müddətinə həbs edib, həmçinin onlara iki il müddətinə vəzifə tutmaq qadağan edildi.