Mamuka Xazaradze ilə Qiorqi Qaxarianın görüşü ehtimal ki, bu dəqiqələrdə keçirilir
“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze və “Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxarianın görüşü ehtimal ki, bu dəqiqələrdə keçirilir. Mövcud məlumata əsasən, görüş mehmanxanalardan birində keçirilir.
Gürcüstanın Prezidenti Salome Zurabişvili Mamuka Xazaradze və Qiorqi Qaxarianı partiyaları birləşdirməyə çağırıb və sentyabrın 17-də məsləhətləşmələr üçün Orbelianebi sarayına dəvət etdiyini bildirib.
Bununla yanaşı, Mamuka Xazaradze “Facebook” səhifəsində Qiorqi Qaxaria ilə şəxsən görüşməyə hər an hazır olduğunu və yalnız bundan sonra prezidentlə görüşəcəklərini yazıb.
Eyni zamanda, “Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxaria Salome Zurabişvilidən prezident sarayında Mamuka Xazaradze ilə görüşün bir neçə saatlığına təxirə salınmasını xahiş etdiyini və Salome Zurabişvilinin bununla razılaşdığını yazıb. Qiorqi Qaxaria izah edib ki, Orbelianebi sarayında görüş saat altıya qədər təxirə salınıb.