Mamuka Mdinaradze - Şahidsən, vəkil, “Milli Hərəkat”çı və ya onun televiziyasısan, ortada bir şey yoxdursa, niyə yalnız sui-qəsd maddəsini ifşa etmək və terrorçuluq maddəsini gizlətmək barədə düşünməlisən?
İlk günlərdə terrorçuluq maddəsini gizlədirdilər, sonra Bidzina İvanişvilinin adının və soyadının keçməsini ehtiyyatla gizlədirdilər, ortada bir şey yoxdursa, bütün bunları niyə gizlədəsən ? – bu haqda parlament çoxluğunun lideri Mamuka Mdinaradze terrorçuluq və sui-qəsd hazırlığı işi ilə bağlı jurnalistlərə deyib.
Mdinaradze bildirib ki, dünyada bir çox oxşar hadisələrin bir-biri ilə “üst-üstə düşməsi” fonunda xüsusi diqqət yetirmək lazımdır və Dövlət Təhlükəsizliyi Xidməti məhz bunu edir.
“İlk günlərdə bu hadisə eşidiləndə terrorçuluq maddəsini tamamilə gizlədirdilər. Bir saniyəliyinə hesab edin ki, onların tərəfindən heç kim heç nə bilmirdi. Bu halda iki maddənin olması sənə məlumdur, şahidsən, vəkil, “Milli Hərəkat”çı və ya onun televiziyasısan, ortada bir şey yoxdursa, niyə yalnız sui-qəsd maddəsini ifşa etmək və terrorçuluq maddəsini gizlətmək barədə düşünməlisən? Sonra məlumat eşidiləndə və üç gündən sonra hamı terrorçuluq maddəsinin də olduğunu biləndə, Bidzina İvanişvilinin adının və soyadının bu mümkün cinayətin mümkün qurbanı kimi keçdiyini ehtiyyatla gizlədirdilər. Ortada bir şey yoxdursa, bütün bunları niyə gizlətməlisən? Bundan o tərəfə yəqin ki, müzakirə ilə də gedə bilmərik və əgər onlar indi kiminsə insanları öldürməyi planlaşdırmasını sadəcə olaraq masqaraya qoyurlarsa, bu, masqaraya qoyulası əhvalat deyil” – Mamuka Mdinaradze bildirib.