Mamuka Mdinaradze - Müxalifət heç bir konfiqurasiya ilə "Gürcü Arzusu"nu məğlub edə bilmir, seçkilərdə adi çoxluğa lazım olduğundan daha çox qazanacağıq, konstitusiya çoxluğunu hədəfləyirik
Mamuka Mdinaradze - Müxalifət heç bir konfiqurasiya ilə "Gürcü Arzusu"nu məğlub edə bilmir, seçkilərdə adi çoxluğa lazım olduğundan daha çox qazanacağıq, konstitusiya çoxluğunu hədəfləyirik

 
Seçkilərdə adi çoxluğa lazım olduğundan daha çox qazanacağıq – konstitusiya çoxluğunu hədəfləyirik – bu haqda parlament çoxluğunun lideri Mamuka Mdinaradze açıqlayıb.

Mamuka Mdinaradze, müxalifətin heç bir konfiqurasiya ilə “Gürcü Arzusu”nu məğlub edə bilməyəcəyini bildirib.

“Son aylar ərzində radikal müxalifətdə bir neçə dəfə yerdəyişmə oldu, lakin radikal müxalifət yaxşı bilir ki, hətta qeyd olunan yerdəyişmə ilə belə, seçkilərdə “Gürcü Arzusu”nu məğlub etmək imkansızdır. İndi ikisində birləşməyə çalışırlar, sonra dörd ola bilər. Sonra ola bilsin Qaxarianı ayrıca atsınlar, “Gürcü Arzusu”ndan heç olmasa bir faizi almaq üçün göstəriş versinlər, desinlər ki, bu da işdir, ancaq bu cür bir faizlərin alınması fayda verməz, çünki adi çoxluğa lazım olduğundan daha çox qazanacağıq – konstitusiya çoxluğunu hədəfləyirik. Müvafiq olaraq, onlar bu gün çox əzab çəkirlər. Nəsə konfiqurasiya tapmağa çalışırlar. Hər cür tədqiqat aparıblar, heç bir konfiqurasiya ilə “Gürcü Arzusu”nu məğlub edə bilmirlər. “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə çalacaq, radikal müxalifət onlar tərəfindən aparılmış araşdırmalarla da buna əmindir, amma namını yerə vermir və bir az da nəzəri şansı olacaq hansısa konfiqurasiyada yerdəyişməyə çalışırlar, amma nəticəsi yoxdur. Qəddarlıq onların ümumi əlamətidir və onlara deyilənləri yerinə yetirəcəkləri kənardan tapşırıq verənləri var. Təəssüflər olsun ki, Gürcüstanda onlara nə tapşırılmasından asılı olmayaraq, yuxarıların, onlara kənardan tapşırıq verənlərin fikrini nəzərə almaq üçün hətta heyrətamiz tapşırıqları yerinə yetirəcək bir neçə min olmasa da, bir neçə yüz insan var. Bundan irəli gələrək, onlar dəfələrlə qruplaşacaqlar. Artıq seçkilər yaxınlaşır, hansısa konfiqurasiyada yerdəyişmə etməli olacaqlar, bu halda da nəticə olmayacaq”- deyə Mamuka Mdinaradze açıqlayıb.