Mamuka Mdinaradze - "Gürcü Arzusu" və "Xalqın Gücü" parlament seçkilərində ortaq siyahı ilə iştirak edəcək
“Gürcü Arzusu” partiyası və “Xalqın Gücü” 26 oktyabr parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.
Bu haqda “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze “Gürcü Arzusu”nun seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışında bəyan edib.
“Mən dostlar qrupumuzu, “Xalqın Gücü” adlı cəsarətli qrupu salamlayıram və bu salamlama təsadüfi deyil. Məndən eşidəcəksiniz, yəqin ilk dəfə cəsarətlənəcəyəm ki, onlar parlament seçkilərində bizimlə ortaq siyahı ilə iştirak edəcəklər” – deyə Mamuka Mdinaradze bildirib.