Mamuka Mdinaradze Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə ev sahibliyi edib.
DTX-nin məlumatına görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini və təhlükəsizlik sahəsində sıx əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri nəzərdən keçiriblər.
“Qurumlar arasında informasiya mübadiləsi və təcrübə paylaşımı sahəsində əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə töhfə verir və regionda sülhün və sabitliyin gücləndirilməsinə mühüm töhfə bəxş edir. Bundan başqa, söhbət zamanı regionda davam edən proseslərə və mövcud çağırışlara da toxunulub.
Mamuka Mdinaradze Gürcüstana səfər etdiyinə görə Əli Nağıyevə təşəkkür edib və səfərin əhəmiyyətini vurğulayıb. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən görüşdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavinləri, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavinləri və müxtəlif struktur bölmələrin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların abidəsi və Heydər Əliyevin heykəlinin önünü əklillə bəzəyiblər”, – nazirliyin məlumatında qeyd edilib.