Mamuka Xazaradze və Qiorqi Qaxaria prezident sarayında növbəti görüş keçirirlər
Prezident administrasiyasında “Güclü Gürcüstan” koalisiyasının rəhbəri Mamuka Xazaradze ilə “Gürcüstan naminə” partiyasının sədri Qiorqi Qaxaria arasında növbəti görüş keçirilir.
Qiorqi Qaxaria və Mamuka Xazaradze bir az əvvəl Orbelianebi sarayına gediblər.
Bundan əvvəl Qaxaria və Xazaradze kafelərin birində daha bir üzbəüz görüş keçiriblər.
Görüşdən sonra tərəflərin birləşməsi ilə bağlı məsləhətləşmələrin davam etdiriləcəyi və hazırki mərhələdə razılığın əldə olunmadığı qeyd olunub.
Salome Zurabişvili sentyabrın 16-da Mamuka Xazaradze və Qiorqi Qaxaria partiyalarını birləşməyə çağırıb və onları məsləhətləşmələr üçün Orbelianebi sarayına dəvət edib.