Mamuka Baxtadzenin qərarı ilə, BMT-nin art-kolleksiyasında yerləşdiriləcək "Vepxvistğaosani" bir günlüyünə Frakfurt Kitab Sərgisində sərgilnəcək
Gürcüstanın baş naziri, Mamuka Baxtadzenin təşəbbüsü ilə, Fransada fəaliyyət göstərən gürcü heykəltəraşı, Quci Amaşukelinin örtüyünü yaratdığı nadir əlyazması “Vepxvistğaosani” (pələng dərisi geymiş pəhləvan), Nyu Yorka, BMT-nin art-kolleksiyasında yerləşdirilənməsinə qədər, oktyabrın 9-da bir gürcü nadir əsəri kimi, Frakfurt Kitab Sərgisində sərgilnəcək
Bu barədə məlumatı baş naizrin mətbuat xidməti yayır.
“Vepxvistğaosani”-nin muzey variantı 2017-2018-ci illərdə, Tbilisi və Parisdə, rəssam və kaliqraflar tərəfindən yaradıldı.
Lahiyə “IMT” incəsənət inkişafı fondu tərəfindən yaradıldı. İdeanın müəllifi İya Xutsidzedir. Orijinal rəssamlıq işləri Sopio Kintsuraşviliyə və Tamaz Varvaridzeyə aiddir. Kaliqraflar: David Maysuradze, Giorgi Sisauri, Nino İkaşvili, Ana Qokadze və Levan Sxviraşvilidir.
Bu gün Quci Amaşukelini dünyada yalnız adı ilə də tanıyırlar – “Goudji” dünya incasənt dairələrində etiraf edilmiş brenddir. Quci tərəfindən yaradılmış hər bir əşya nadir və təkrar olunmazdır.
Qucinin əlişləri Vatikan Muzeyində, Luvr Muzeyində və başqa muzeylərdə mühafizə olunur.