Mamuka Baxtadze - ikinci tur bütün standartların müdafiəsi ilə keçiriləcəkdir ki, burada da Gürcüstanın demokratik olması təsdiq olunacaq
İkinci tur bütün standartların müdafiəsi ilə keçiriləcəkdir ki, burada da Gürcüstanın demokratik olması təsdiq olunacaq, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Batumidə İliya Çavçavadze adına peşəkar dövlət dram teatrının açılışından sonra jurnalistlərə bəyan etdi.
Mamuka Baxtadzenin qeyd etdiyinə görə, təəssüfləndiricidir ki, seçkiqabağı kampaniya Avropa üsullu deyildi.
Baş nazir seçiciləri noyabrın 28-də fəallığa doğru çağırdı.
“2012-ci ildən, “Gürcü Arzusunun” hakimiyyətə gəlməsindən sonra, bütün seçkilər standartların müdafiəsi ilə keçirildi. Bu, bütün beynəlxalq təşkilatatların dəyərləndirməsində əks olundu. İkinci tur bütün standartların müdafiəsi ilə keçiriləcəkdir ki, burada da Gürcüstanın demokratik olması təsdiq olunacaq
Seçkiqabağı kampaniyaya gəldikdə, təəssüfləndiricidir ki, Avropa üsullu deyildi. Əhali yaxşıca bilir ki, opponentlərimiz tərəfindən hansı çirkin metodlar istifadə olundu. Şəxsi təhqirlər, dezinformasyia, “feyknyuslar” və başqa neqativlər.
Noyabrın 28-də gürcü xalqı seçimini edəcək. Hamını maksimal şəkildə fəal olmağa doğru çağırıram”, -Mamuka Baxtadze bəyan etdi.